AISI 304
AISI 304 ( DIN 1.4301) paslanmayan lövhə, analoq QOST – 08Х18Н10, tərkibində 8% nikel, 18% xrom mövcuddur, bir çox sahədə istifadə edilir. İçində yüksək miqdarda xrom olduğuna görə, metalın səthində möhkəm oksid örtüyü yaranır ki, bu örtük metal prokat məhsullarını yüksək rütubətdən, temperatur yüklənməsindən və kimyəvi aqressiyalardan etibarlı şəkildə müdafiə edir.
Az karbonlu paslanmayan poladın unikal kimyəvi tərkibinə görə, AISI 304 markalı poladdan olan paslanmayan təbəqə eksklüziv texniki xüsusiyyətlərə malikdir, xüsusilə:
AISI 304 az karbonlu polad təbəqələri müxtəlif taranın, konteynerlərin, qəbuledicilərin, rezervuarların və digər sənaye avadanlığının sənaye istehsalında istifadə edilir. Ondan həmçinin mayelərin nəql edilməsi üçün borular, kimyəvi reaktivlərin saxlanması və nəql edilməsi üçün avadanlıq istehsal edilir. Qida sənayesində bu polad istehsalat avadanlığı, içkilərin (şirələr, süd, içməli su və s.) nəql edilməsi və saxlanması üçün qablar üçün əsasdır, süfrə və mətbəx cihazların, ləvazimatların, məişət mallarının istehsalında istifadə edilir.
Lövhənin qalınlığı 0,4 mm-dən 50 mm-dək.
Standart lövhənin ölçüləri (mm):
1000х2000, 1250х2500, 1500х3000
Standart ölçülərdən başqa, biz sifariş üzrə, eni 300 mm-dən 2000 mm-dək, uzunluğu isə 500 mm-dən 12000 mm-dən olan, düz və rulon şəklində təbəqələr tədarük edirik.
Paslanmayan təbəqənin səthi aşağıdakı kimi ola bilər:
MAT
CİLALANMIŞ
GÜZGÜ (2 NÖV: STANDART GÜZGÜ VƏ SUPER GÜZGÜ)
RİFLƏNMİŞ
DEKORATİV (GÜZGÜ QIZILI, CİLALANMIŞ QIZIL, ÇƏHRAYI QIZIL, QARA QIZIL)
AISI 430
AISI 430 markalı paslanmayan lövhə bu gün üçün daha geniş istifadə olunan ümumi təyinatlı korroziyaya dayanıqlı ferrit xromlu poladdır. Bu poladdan olan lövhələr aşağıdakı xüsusiyyətlərə malikdir:
Özünün istismar xüsusiyyətlərinə görə, AISI 430 paslanmayan polad 08Х17Т markalı poladın yaxşılaşdırılmış rus analoqudur ki, o, da, öz növbəsində, QOST 5632-72 üzrə "12Х18Н10Т və 12Х18Н9Т markalı poladların əvəzedicisi kimi tövsiyə edilir"
AISI 316
AISI 316 polad markalı paslanmayan lövhə aşağıdakı xüsusiyyətlərə malik məhsullardan ibarətdir:
Bu polad növü austenit strukturlu az karbonlu "paslanmaya polad" olaraq çıxış edir. Bu molibdenlə aşqar vurma vasitəsilə yaxşılaşdırılmış AISI 304 markalı poladdır. Həmçinin onun tərkibində nikel və xrom var.
AISI 316 markalı paslanmayan poladdan olan lövhə ən geniş şəkildə kimyəvi istehsalatda istifadə edilir. Ondan xüsusiyyətlərinə görə aqressiv olan, turşu və metal üçün korroziya təhlükə yaradan maddələrin saxlanması üçün qablar hazırlanır.
Bundan əlavə, AISI 316 paslanmayan lövhə hava çəkənlərin, boru kəmərlərinin, sənaye təyinatlı qazanların; korroziya mühitlərində istifadə üçün nəzərdə tutulmuş avadanlığın istehsalında iştirak edir. Məsələn, dəniz suyunda.
AISI 316 paslanmayan lövhələr əczaçılıq və qida avadanlığının istehsalı üçün, habelə, sellüloza-kağız və mədənçıxarma sahələrində istifadə edilir.
Olçü | Qalinliq (mm). Ağirliq (kg/mt) | |||||||||||
D1(mm) | D2(mm) | 0.5 | 1 | 1.2 | 1.5 | 2 | 3 | 4 | 5 | 6 | 8 | 10 |
1000 | 2000 | 8 | 16 | 19.2 | 24 | 32 | 48 | 64 | 80 | 96 | 128 | 160 |
1250 | 2500 | 12.5 | 25 | 30 | 37.5 | 50 | 75 | 100 | 125 | 150 | 200 | 250 |
1500 | 3000 | 18 | 36 | 43.2 | 54 | 72 | 108 | 144 | 180 | 216 | 288 |
360 |